
2004-cü ildə Tiflisdə ABŞ-ın keçmiş prezidenti Corc Buşa qarşı sui-qəsd törədən erməni Vladimir Arutunyanın anası məhkəməyə apelyasiya şikayəti edib.
Qaynar.info-nun ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ prezidentinə qarşı terror aktı törətməkdə təqsirli bilinən və gürcü məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Arutunyanın apelyasiya şikayətinə baxılmayacaq.
Arutunyanın anası gürcü mətbuatına verdiyi açıqlamasında oğlunun günahsız olduğunu deyib.
"Mənim oğlum siyasi məhbusdur. Mən bütün instansiyalara yazılı müraciətlərimi davam etdirəcəyəm. Mənim oğlum Gürcüstan ərazisində heç bir cinayət törətməyib" deyə Arutunyanın anası ABŞ və Gürcüstan ədliyəsinin çıxardığı qərarların saxta olduğunu iddia edir.
Xatırladaq ki, 2004-cü ilin mayın 10-da ABŞ-ın keçmiş prezidenti Corc Buş Gürcüstana səfəri zamanı Tiflisin Azadlıq meydanında çıxışı zamanı Vladimir Arutunyan ona əl qumbarası atmağa cəhd göstərmişdi.
Qaynar.info