Xəbər lenti

“Buta” Sığorta baş redaktora dəyən ziyanı niyə ödəmir?
Ölkə09:41 21.02.2014

“Buta” Sığorta baş redaktora dəyən ziyanı niyə ödəmir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda sığorta şirkətlərinin vətəndaşları aldatması, süründürməçilik, kobud rəftar kimi xoşagəlməz hallar adi hala çevirilib. 

Sığortaçı ilə münasibətlərini qorumayan, onları özündəın asılı saxlamağa çalısan və süründürməçiliyi rekort həddə çatdıran “Buta” Sığortadan növbəti narazılıq.

Belə ki, sözügedən sığorta şirkəti iki ay əvvəl qəza törədən Bizimxeber.az-ın baş redaktoru Ədil Hüseynlini get-gələ salıb. Daha doğrusu, ”Buta” Sığorta “Hyundai Auto Azerbaijan”-nın Dərnəgül servizində təmiri bir neçə gündür başa çatan avtomobilin təmir pulunu ödəmir.

Baş verənlərlə bağlı Bizimxeber.az-ın baş redaktoru Ədil Hüseynli saytımıza açıqlamasında bildirdi ki, ”Buta” Sığortanın yaratdığı bu məlum problemi başa düşə bilmir: ” Ölkədə sığorta şirkətlərinin insanların başına açan oyunlar barədə dəfələrlə öz saytımızada məlumat vermişdik. Həmişə də sığorta şirkətləri mövqe olaraq özlərinin haqlı olduqlarını bildiridilər. İndi isə görürəm ki, sığorta şirkətləri insanlara sadəcə zülm edir, onları aldadaraq sığortalayır və sonluqda pul vermək istəmirlər. 

Mənə məxsus olan avtomobil 2 aya yaxındır ki, qəzaya düşüb. Avtomobil ”Buta” Sığortada sığortalıdır. Qəzadan bu günə kimi,  ”Buta” Sığorta”dan  sürətli və effektli xidmət görmədim.  ”Buta” Sığorta necə işləyir, onun rəhbərliyi nə düşünür və yaxud insanlara verilən bu zülmün adı nədir?

Yalnız aldatmaq, yola vermək və süründürməçilikdən başqa heç nə görmədim. Təsəvvür edin ki, mən baş redaktor olaraq iki aydır  ”Buta” Sığıortanın rəhbər şəxslərindən kiminləsə telefon əlaqəsi yarada bilmirəm. Yəqin ki, ”Buta” Sığortada rəhbər vəzifə yoxdur. Yaxud varsa belə bu şəxs insanlardan gizlənir. Bu mövzu ətrafında ciddi araşdırmamız  olacaq”.

Baş redaktor əlavə etdi ki, hazırda maşın təmir olunub və ”Hyundai Auto Azerbaijan”-nın Dərnəğüldəki servizindədir.  ”Buta” Sığorta isə avtomobilə dəyən ziyanı heç bir səbəb gətirmədən ödəməkdə maraqlı deyil. Elə buna görə də, “Buta” Sığortanı məhkəməyə verməyə hazırlaşır: “Bu günü də gözləyəcəm. Sabah isə sənədləri hazırlayıb məhkəməyə müraciət edəcəm. İnsanlara müraciət edərək bildirirəm ki,  ”Buta” Sığorta sadəcə bizi aldatmaqla məşğuldur. Aldanmayın bu sığorta şirkətinə… ”.//Bizimxeber.az