
İspaniyada keçirilən öküz festivalında ilginc hadisə baş verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, festivalda iştirak edən öküzlərdən biri özünü öldürüb.
Valensiyadakı festivalın iştirakçıları öküzün buynuzuna bantla məşəl bağlayıb. Alovun təsirindən təlaşla canını qurtamağa çalışan öküz özünü bağlandığı taxtaya çırparaq intihar edib.
Qaynarinfo.Az