Antalyada keçirilən cüdo üzrə "Böyük Dəbilqə” turnirinin püşkatma nəticələri bəlli olub
Ümumi mükafat dəyəri 154.000 avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunur. Yarışın birinci günündə kişilər arasında -60 kq. və -66 kq., qadınlar arasında isə -48 kq., -52 kq. və -57 kq. çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Birinci günün qarşılaşmaları:
Kişilər:
-60 kq. Turan Bayramov - Felipe Dakruz (Livan)
-60 kq. Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna)
-66 kq. Yaşar Nəcəfov - Adonis Diaz (Amerika)
-66 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Orxan Səfərov isə amerikalı idmançı İsaiah Ramirez ilə Lusian Bors Domitresku arasında olan görüşün qalibi ilə qarşılaşacaq.
Qadınlar:
-48 kq. Şəfəq Həmidova - Andrea Stojadinov (Serbiya)
-48 kq. Leyla Əliyeva - Aliani Kubkarbonnel Julian (Kuba)
-52 kq. Gültac Məmmədəliyeva - Qaxar İrmaqambetova (Qazaxıstan)
Yarışın ikinci günündə qadınlar arasında -63 kq. və -70 kq., kişilər arasında isə -73 kq. və -81 kq. çəki dərəcələrində medalçılar bəlli olacaq.
İkinci günün qarşılaşmaları:
Qadınlar
-70 kq. Günel Həsənli - Lidya Brançeva (Bolqarıstan)
Kişilər
-73 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Rüstəm Orucov bolqaristanlı Denislav İvanov ilə kubalı Hektor San Roman Çavez arasında olan görüşün qalibi ilə qarşılaşacaq.
-73 kq. Telman Vəliyev - Coşua Qrin (İrlandiya)
-81 kq. Elcan Hacıyev - Jim Heyjman (Hollandiya)
-81 kq. Murad Fətiyev - Kedrik Kalonqa (Konqo Demokratik Respublikası)
Yarışın üçüncü günündə isə qadınlar arasında -78 kq. və +78 kq., kişilər arasında isə -90kq., -100 kq. və +100 kq. çəki dərəcələrində idmançılar medallar uğrunda mübarizə aparacaq.
Üçüncü günün qarşılaşmaları:
-90 kq. Rüfət İsmayılov - Qeorqi Qramatikov (Bolqaristan)
-100 kq. Elmar Qasımov - Qriqori Minaskin (Estoniya)
-100 kq. çəki dərəcəsində Zelim Kotsoyev qazaxıstanlı cüdoçu Nulixan Şarxan ilə Mərt Şişmanlar arasında olan görüşün qalibi ilə qarşılaşacaq.
+100 kq. İmran Yusifov - Marius Fizel (Slovakiya)
+100 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Uşanqi Kokauri rumıniyalı cüdoçu Mirça Kroytoru ilə italiyalı cüdoçu Lorenzo Aqro Silvayn arasında olan görüşün qalibi ilə qarşılaşacaq.
Səbuhi Həsənov