
Ölkənin ən böyük kinoteatrı Pakr Cinema və məşhur avtomobil markası Chevrolet arasında birgə əməkdaşlıq məhz cizgi filminin xüsusi nümayişindən başladı.
Premyerası 13 iyul 2013 tarixinə təsadüf edən “Turbo” 3D animasiya filminin xüsusi baxışı bir gün əvvəl, iyulun 12-i, Park Cinema və Chevrolet-in Azərbaycanda rəsmi dileri olan Performance Center şirkətinin dəstəyi ilə MetroPark Ticarət Mərkəzindəbaş tutdu.
Baxış kinoteatrın ən böyük zalında keçirildi və tamaşaçılar 3D formatından bir dahazövq ala bildilər.
“DreamWorks” və “20th Century Fox” studiyalarının təqdim etdiyi cizgi filminin qəhrəmanı Turbo adlı sürət sevən ilbizi sürdüyü sakit və astagəl həyat qane etmir: onun ən böyük arzusu sürətli olmaqdır. Başına gələn bir hadisədən sonra Turbonun xəyalları həqiqətə çevrilir və o, yarış maşınları qədər sürətli olur!
Filmdə Chevrolet-in nümayiş etdirdiyi Cruze və Orlando modellərini həmin gün MetroPark TM-in girişində görmək olardı.
Mərasimdə tanınmış blogerlər, jurnalistlər, həmçinin dəvət olunmuş qonaqlariştirak etmişdir.Təbii ki, filmin əsas tamaşaçıları – azyaşlı qonaqlar idi.
Qaynar.info