Xəbər lenti

Böyük Səhra meşə ərazisinə çevrilə bilər
Dünya12:20 07.09.2018

Böyük Səhra meşə ərazisinə çevrilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tədqiqatlar göstərir ki, Böyük Səhrada günəş panelləri və külək turbinlərinin qurulması ərazini yaşıllığa çevirə bilər.
Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, bərpaedilən enerji sistemlərinin qurulması səhraya yağış gətirə və nəticə etibarilə böyük yaşıllıq sahəsinin yaranmasına səbəb ola bilər. Külək turbinləri sərin cərəyanların aşağı düşərək isti hava ilə qarışmasına səbəb olur. Günəş panelləri isə Günəş işığının yenidən atmosferə daxil olmasının qarşısını alır. Həm təmiz enerji istehsalı, həm də böyük ərazidə bitki örtüyünün yaranması iqlim dəyişikliyi prosesinə ciddi təsir edə, qlobal istiləşmənin qarşısını ala bilər. ABŞ-ın İlluzionis Universitetindən olan mütəxəssislər Böyük Səhrada bərpaedilən enerji sisteminin qurulması və layihənin iqlimə təsiri üzərində tədqiqatlar aparır. Gələcəkdə Avropa, Afrika və Yaxın Şərqin enerji ehtiyacını bu enerji sistemləri vasitəsilə təmin etmək planlaşdırılır.
Gülşən