Xəbər lenti

Üç güləşçimiz Avropa çempionatının finalında
İdman17:45 28.03.2022

Üç güləşçimiz Avropa çempionatının finalında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.
Qaynarinfo xəbər verir ki, qitə birinciliyində öncə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.
Güləşçilərimizdən Əşrəf Aşırov (79 kq), Hacı Əliyev (65 kq) və Əliabbas Rzazadə (57 kq) finala vəsiqə qazanıb.
Zirəddin Bayramov (70 kq) isə gürcüstanlı dünya çempionu Zurabi Yakobişviliylə görüşdə sona 7 saniyə qalmış qələbəni əldən verdi və 3:4 hesabıyla məğlub oldu. Həmyerlimiz sabah bürünc medal üçün güləşəcək.
Səbuhi Həsənov