Xəbər lenti

Cahangir Hacıyev bəraət tələb edir
Ölkə17:14 28.10.2016

Cahangir Hacıyev bəraət tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev ona çıxarılmış hökmdən apellyasiya şikayəti verib.

Bunu C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev deyib.

Vəkilin sözlərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş ərizədə Cahangir Hacıyev ona bütün maddələr üzrə bəraət verilməsini tələb edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər üzrə Məhkəmənin qərarı ilə C.Hacıyev 15 il müddətinə həbs cəzasına məhkum edilib və onun Azərbaycan Beynəlxalq Bankına 63 milyon manat, "Aqrokredit" QSC-yə isə 7 milyon manat ödəməsi barədə hökm çıxarılıb.(virtualaz.org)

Qayanrinfo.Az