
QMİ sədri Şeyxülislam Allahaşükür Paşazadəyə Gəncədən olan din xadimlərinidən biri Ramazan ayında toyların keçirilməsinin düzgün olub-olmaması ilə bağlı sual verib.
Qaynar.info anspress-ə istinadən xəbər verir ki, həmin din xadimi Gəncə-Qazax regionunda olan bəzi şadlıq evlərində toy edildiyini söyləyib. O, Şeyxdən Aşura günündə də toy və şənliklərin keçirilməsinin qarşının alınması üçün müvafiq tədbirlər görülməsini istəyib: "Gəncə-Qazax regionundan bəzi şadlıq evləri var ki, Ramazan ayında toy-şadlıq edilər. Aşura günlərində toy edirlər”.
Şeyx isə həmin din xadiminə bu barədə məlumatsız olduğunu söyləyib: “Mən görməmişəm. İnanmıram ki, hansısa bir sünni həmin gün toy edər. Biz camaata toy eləmə deyə bilmərik. Xalq öz hərəkətlərində azaddır. Biz yalnız onları düzgün yola çəkə bilərik".