Xəbər lenti

Canavarlar Zərdabda mal-qaraya hücum etdi - FOTOLAR
Ölkə15:50 26.03.2017

Canavarlar Zərdabda mal-qaraya hücum etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zərdab rayonunda kəndə hücum edən canavarlar bir gecədə  iki fərdi təsərrüfata ziyan vurub.
"Qaynar" APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında  rayonun Bıçaqçı  kəndində baş verib.
Canavarlar gecə saatlarında kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Kamal oğlu Musayevin  fərdi təsərrüfatındakı xırda buynuzlu heyvanlardan 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb,  7 qoyunu isə aparıb.
 Həmin gecə digər kənd sakini, 1963-cü il təvəllüdlü Kazım Məhəmməd oğlu İbrahimov məxsus təsərrüfata hücum edən canavarlar bir qoyunu tələf edib, birini isə yaralayıb.
Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən çoxunu yaralayıb, 20-ni isə aparıb.
Qaynar.Az