Türkiyənin ölkəmizdə də çox sevilən sənətçilərindən olan müğənni Candan Erçətin NTV-də yayımlanan "Üz-üzə" verilişində radikal qərarlar açıqlayıb.
"Qaynarinfo.Az"-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, müğənni artıq ilin böyük hissəsini doğulduğu Kırklarelidə keçirdiiyini və böyük şəhərlərdən uzaq olduğunu bildirib.
Candan Erçətin sənəti ilə bağl da önəmli qərarlar verdiyini bildirib. 1986-cı ildən sənət həyatına başlayan Erçətin bundan sonra daha albom buraxmayacağını bəyan edib: "Bundan sonra albom buraxmayacağam, tək-tək mahnılar paylaşacağam". Qaynarinfo.Az