Xəbər lenti

Canəli Əkbərovun qızı: “Atam koronavirusa yoluxmayıb”
Sənət06:50 20.10.2021

Canəli Əkbərovun qızı: “Atam koronavirusa yoluxmayıb”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xalq artisti Canəli Əkbərovun koronavirusa yoluxması ilə bağlı məlumat yalandır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sənətkarın qızı deyib. 
"Atam iki il bundan öncə beyin insultu keçirib. Biz Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdik, atamın müalicəsini fond öz öhdəsinə götürdü. İki dəfə müalicə olundu, indi səhhəti yaxşıdır. Hazırda atam evdədir, nə koronavirus? Belə bir şey yoxdur. Evə tələbələri gəlib-gedir. Atam xəstə olsa, biz onun yanına tələbələrini buraxarıq? Keçən həftə bütün günü tələbələri gəlib konsert verib evdə". 
Muğam İfaçısının qızı Canəli Əkbərova qarşı diqqətsizlikdən gileylidir:
"Atamın sənətini işıqlandırmırlar. İki ildir xəstədir, bir dəfə onun haqqında veriliş getməyib. Ad günlərində bir dəfə də olsun yada düşmədi, heç kəs bir veriliş, bir yazı yazmadı. Canəli Əkbərovun pulu da, imkanı da var. Canəli Əkbərovun böyük sənəti var, onu qiymətləndirin”.
Bahar Rüstəmli