Xəbər lenti

Cavad Cavadov Leyla Yunusun vəkilliyindən kənarlaşdırıldı
Ölkə08:32 30.10.2014

Cavad Cavadov Leyla Yunusun vəkilliyindən kənarlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prokurorun qərarı ilə vəkil müdafiə prosesindən uzaqlaşdırılıb və istintaqda ifadə verib.

Tanınmış vəkil Cavad Cavadov hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarının müdafiəsi prosesindən kənarlaşdırılıb.

Qaynar.info xəbər verir ki, vəkil bu barədə "facebook" hesabında yazıb. Vəkil daha sonra satirik şəkildə qeyd edib: "Cənab Ollandın xahişindən sonra dünən Leyla Yunusun müdafiəsindən prokurorun qərarı ilə kənarlaşdırıldım və sonra şahid qismində dindirildim, əsaslar da təbii ki, əsassızdır”.

Qeyd edək ki, həftənin əvvəlində Azərbaycan və Ermənistan prezidentləri arasında Parisdə görüş keçirilib. Görüşdən sonra Fransa hökumətinin yaydığı açıqlamada bildirilib ki, Fransa prezidenti ilə Azərbaycan prezidenti arasında keçirilən görüşdə Fransua Olland hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə maraqlanıb. Azərbaycan prezidenti isə Leyla Yunusla maraqlanacağını bildirib. 

Qaynar.info