
Əməkdar artist Cavanşir Məmmədov bu gün bir çox müğənnilərin toy biznesini öz sənətlərindən üstün tutmalarını kəskin tənqid edib.
Qaynarinfo.az xəbər verir ki, ifaçı heç vaxt toylarla maraqlanmadığını və yaradıcılığı ilə məşğul olduğunu açıqlayıb:
“Toy bazarı üçün yox sənət üçün oxumaq lazımdır. Heç vaxt toy bazarı axtarmamışam,Elə sənətkar olmalısan ki, toy özü gəlsin səni tapsın. Böyük pullar qoyub özlərini reklam edirlər. Efirlərdə özünü tərifləməklə deyil. Xalq özü hərşeyi görür. Elə tanınmayan müğənni var ki, illərlə səhnədə boş-boş fəaliyyət göstərən bəzi məşhurlardan daha çox peşəkardır”.
Qaynarinfo.az