Xəbər lenti

Cavid Hüseynovun məhkəməsinin tarixi məlum oldu
Ölkə08:38 29.08.2015

Cavid Hüseynovun məhkəməsinin tarixi məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Qəbələ” futbol klubunun hazırda həbsdə olan futbolçusu Cavid Hüseynovun apelyasiya şikayətinə baxılacaq.
C.Hüseynovun vəkili Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Səbayel Rayon Məhkəməsinin C.Hüseynov haqda həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinin təmin olunmaması barədə qərarından apelyasiya şikayəti verilib: “Avqustun 31-də Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçiriləcək iclasda vəsatətə baxılacaq”.
Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirib və Səbayel Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qaynar.info