Xəbər lenti

Cəbhədə fəallığımızı artırmalıyıq - Politoloq
Ölkə07:25 16.09.2016

Cəbhədə fəallığımızı artırmalıyıq - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sərkisyan Qarabağ danışıqlarının fəallaşmasında maraqlı deyil, mümkün güzəşt onun hakimiyyətinin süqutunu sürətləndirəcək".

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu  Ermənistanın yeni baş naziri Karen Karapetyan çıxışına münasibət bildirərkən deyib.

Elxan şahinoğlu bildirib ki, Ermənistanın yeni baş naziri Karen Karapetyan parlamentdə ilk çıxışndaca deyib ki, ondan möcüzə gözləməsinlər: "Kasıb Ermənistanı varlı Sinqapura çevirmək mümkün deyil. “İqtisadi vəziyyət çox ağırdır, mənim bu problemlərin həlli üçün sehrli çubuğum yoxdur” deyən Karapetyan mövcud durumdan çıxış edir. Həqiqətən, Ermənistan “Qazprom” şirkəti (Karen Karapetyan bu şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb) deyil ki, milyardlarla dolar investisiya layihələri olsun". 

Politoloqun fikrincə Karapetyanın acı etirafından iki nəticə çıxır: 

Birinci nəticə odur ki; "vəziyyət bərbad olduğundan prezident Serj Sərkisyan 2017-ci ildə keçiriləcək parlament seçkisinə qədər kreslosunu qorumaq haqqında düşünəcək". 

İkinci nəticə isə odur ki; "Sərkisyan Qarabağ danışıqlarının fəallaşmasında maraqlı deyil, mümkün güzəşt onun hakimiyyətinin süqutunu sürətləndirəcək". 

Elxan Şahinoğlu qeyd edib ki, cəbhə bölgəsində fəallığımızı artırmaqla biz elə etməliyik ki, həm Ermənistanın iqtisadi və sosial problemləri artsın, həm də Sərkisyanın kreslosu laxlasın.

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az