Xəbər lenti

Cəbhədə vəziyyət gərginləşdi: Azərbaycan Ordusunun çavuşu şəhid oldu
Ölkə13:21 26.02.2014

Cəbhədə vəziyyət gərginləşdi: Azərbaycan Ordusunun çavuşu şəhid oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Ordusu Xocalı soyqırımı günü şəhid verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 26-da saat 15.30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.

Qaynar.info