Xəbər lenti

Çeçenistanda jurnalistlərin amansızlıqla döyülməsinə Kremldən reaksiya
Dünya 18:09 04.07.2023

Çeçenistanda jurnalistlərin amansızlıqla döyülməsinə Kremldən reaksiya

Rusiya prezidenti Vladimir Putin Çeçenistanda jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemova hücumla bağlı məlumatlandırılıb.

Qaynarinfo xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu hücum fonunda yoxlama və istintaq hərəkətləri tələb olunacaq. Eyni zamanda, Peskov jurnalistlərin hücumu qiymətləndirmək tələbini hüquq-mühafizə orqanlarına yönləndirib və əlavə edib ki, "əlbəttə, söhbət kifayət qədər güclü tədbirlər tələb edən çox ciddi hücumdan gedir”.

Xatırladaq ki, Çeçenistanda naməlum şəxslər Qroznı şəhərinin Axmatovski rayon məhkəməsinə keçmiş hakim Saydi Yanqulbayevin həyat yoldaşı Zarema Musayeva barəsində hökm iclasına gələn jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemovu döyüblər .

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->