Cəlilabadda ağır yol qəzası baş verib. Qaynar.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə avqustun 17-də saat 01 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndində qeydə alınıb.
Rayon sakini Ramiz Şükürovun və Vüqar Həziyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü və V.Həziyevin 4 sərnişini, habelə R.Şükürovun 1 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Rasim İbişov və Rəvan Həziyev orada ölüblər
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
Qaynar.info