Xəbər lenti

Cəlilabadda ev partladı - xəsarət alanlar var
Ölkə08:50 25.07.2013

Cəlilabadda ev partladı - xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabadda yaşayış evində partlayış olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Cəlilabad rayonunun Cəfərxanlı kəndində qeydə alınıb. Kənd sakini Bəsirə Ağayeva evində məişətdə istifadə edilən qaz balonu ilə ehtiyatsız davrandığından ani partlayış baş verib. Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti alan ev sahibəsi və qızı Solmaz xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info