Xəbər lenti

Cəlilabadda növbəti yarmarka baş tutdu - FOTO
Ölkə12:19 10.02.2016

Cəlilabadda növbəti yarmarka baş tutdu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Cəlilabad şəhər Heydər Əliyev seyrangahının qarşısında süni qiymət artımının qarşısının alınması məqsədi ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.

Yarmarkada fermerlər tərəfindən 40 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Satışa çıxarılan un, düyü, şirniyyat, meyvə, süd məhsulları, yumurta, balıq, cücə, ət və s. bazar qiymətlərindən 20-30% aşağı satılıb.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov satış-yarmarkasına gələrək satılan məhsulların keyfiyyəti, qiyməti ilə maraqlanıb və alış-verişin vəziyəti ilə tanış olub.

Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən məmnunluqlarını ifadə ediblər.

Qaynar.info