Xəbər lenti

Cəlilabadda üç nəfəri ildırım vurdu
Ölkə10:46 27.05.2013

Cəlilabadda üç nəfəri ildırım vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Onlardan biri ölüb, ikisi yaralanlıb.

Ötən gün axşam saatlarında Cəlilabadda ata və oğulu ildırım vurub. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Habil Əzimov və onun azyaşlı oğlu Dənizxan Əzimovu Ocaqlı kəndində kartof sahəsində işləyərkən ildırım vurub. Xoşbəxtlikdən ata və oğul sağ qalıblar. Onlara tibbi yardım göstərilib.

Mayın 26-da Cəlilabad rayonunda daha bir faciəvi hadisə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon ərazisində Cəlilabad sakini Dilbər Məmmədovanı ildırım vurub. Qadın hadisə yerindəcə ölüb.

Qeyd edək ki, ildırım vurması nəticəsində insanların ölməsi hadisəsinə Azərbaycanda az-az rast gəlinir.

Qaynar.info