Xəbər lenti

Cəlilabadı "qaranlığa" salan Aydın kimdir? - Şikayət
Ölkə10:01 08.09.2016

Cəlilabadı "qaranlığa" salan Aydın kimdir? - Şikayət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunun Günəşli kəndinin bir qrup sakini rayon Elektrik Paylayıcı Şəbəkəsinin rəhbəri Aydın Məmmədovdan redaksiyaya şikayət məktubu ünvanlayıb.

Şikayət məktubunda əslən Lerikdən olan Aydın Məmmədovun idarədə əsasən öz qohum-əqrəbasını işə götürməkdə, yerli kadrların isə işdən çıxarmaqda iddia olunur.

"Maraqlı cəhətlərdən biri də odur ki, Aydın müəllimin Cəlilabad İşıq İdarəsinə kənar rayonlardan doldurduğu işçilərin heç biri öz sahəsinin mütəxəssisi deyil. Bəs onda Aydın onların qara qaşına, qara gözünə aşiq olub ki, belə işlərə təyin edir? Axı İstismar üzrə usta olmaq çətin və məsuliyyətli işdir. Təsəvvür edin ki, həmin ustanın vəzifəsi podstansiyadan çıxan 10 kilovatlıq xətlərin normal işləməsi və 0-4 hava xəttinin bərpasıdır. Nəinki ixtisası, hətta səriştəsi olmayan bir adam belə bir çətin işi necə yerinə yetirə bilər? Belə bir məsuliyyətli işə təyin olunmaq üçün adam ən azı 6 ay oxuyub imtahan verməlidir. Qayda belədir. Tutaq ki, nəzarətçi hər adam götürülə bilər, amma İstismar üzrə usta hökmən mütəxəssis olmalıdır, bu işə təsdadüfi adamlar götürülə bilməz. Hətta müfaviq imtahandan keçməyən mütəxəssis adamın həmin işə götürülməsi gələcək faciələrdən xəbər verir. Bu gün Cəlilabad sakinlərinin elektrik enerjisi ilə təminatı başlı-başına qalıb.

Görün Cəlilabad EPŞ-nin taleyi kimlərin ümidinə qalıb! Nə vaxtdan İstismarın işçisi satış şöbəsinə təyin edilir? Cəlilabadda istismarın işçiləri küçə-küçə, ev-ev düşüb işıqpulu yığırlar. Aydın Məmmədov onları işindən ayırıb və İşıq idarəsində xaos yaradıb. Məhz belə halların ucbatından Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsində istismar bərbad və faciəli durumdadır. Çünki işçilər öz işlərini icra etmək iqtidarında deyillər. Yeni müdir Aydın Məmmədov onları öz işləri ilə, yəni istismar işləri ilə məşğul olmağa qoymur, pul yığmağa göndərir.

Belə halların nəticəsidir ki, bu gün Cəlilabad EPŞ-də böyük narazılıqlar yaranıb. İşçilər arsında konfliktlər və ruh düşkünlüyü var. Bir-biri ilə hətta küçənin ortasında, camaatın gözü qabağında əlbəyaxa dava da edirlər. Vəziyyət o qədər faciəlidir ki, bu yaxınlarda "Azərişıq” ASC Cəlilabad şöbəsinə xüsusi xəbərdarlıq məktubu da göndərib. Həmin məktubda istismar işçilərinin satış işlərindən kənarlaşdırılıb öz işləri ilə məşğul olmaları əmr olunur. Lakin Aydın Məmmədov rəhbərliyin belə əmrlərini saya salmır, öz istədiyi kimi hərəkət edir. Bu adam istismar işçilərini zorla, hətta bəzən söyüş söyə-söyə kəndlərə pul yığmağa göndərir...

Hörmətli redaksiya, sizdən xahiş edirik, bizə köməklik edin. Bizim hüquqlarımız hər gün Aydın Məmmədov tərəfindən pozulur və tapdalanır.
Yazıb sizdən xahiş edirik ki, məktubda göstərilən hallarla bağlı tədbirlər görülsün, Cəlilabad rayon İşıq İdarəsində qayda-qanun yaradılsın" - deyə məktubda bildirilir (xalqxeber.az).

Məktubu Günəşli kəndinin sakinləri adından aşağıdakı şəxslər imzalayıb.

1.Cananov Hüseynağa
2.Miriyev Mahmudağa
3.Malıyev Mirsədi
4.Fərhadov Ələkbər
5.Fərhadov Damət
6.Ağayev Elnur
7.Cananov Saleh
8.Malıyev Mirzə

Qaynarinfo.Az