XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Çelsi" PSJ-nin liderini heyətinə qatmaq istəyir - KİV
İdman14:59 14.07.2023

"Çelsi" PSJ-nin liderini heyətinə qatmaq istəyir - KİV

Londonun "Çelsi” klubu bu yay Neymarı almağa çalışacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien” məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Çelsi" braziliyalının PSJ-dəki vəziyyətini izləyir.
Qeyd olunur ki, "mavilər" Neymara Paris klubunun düşərgəsini tərk etmək istədiyini bəyan edərsə, ona təklif etməyə hazırdır. Eyni zamanda, parislilər hələ futbolçunun taleyini həll etməyiblər. 
Braziliyalı 2017-ci ilin yayında 222 milyon avroya PSJ-yə keçib. Neymar Fransa klubunda 173 oyunda 118 qol vurub və 77 məhsuldar ötürmə edib.
Daha əvvəl "Nyukasl"ın Neymarın transferində maraqlı olduğu bildirilirdi.
Nizami Bağırov