Bu gün Mərkəzi seçki Komissiyasının növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda 13 və 16 sentyabr tarixli iclas protokolları təsdiq edilib.
İclasda ASDP və ADP-nin məşvərətəçi səs hüquqlu üzvləri təsdiq edilib. Eyni Zamanda iclasda MDHP, MMP və Zahid Orucun səlahiyətli nümayəndələri qeydə alınıb.
BAXCP –nin 50, ASDP-nin 5, ADP-nin 17, Milli Şuranın 37, Ədalət Partiyasının 13 nəfər vəkili iclasda qeydə alınıb.
Həmçinin keçirilən iclasda bəzi dairə seçki komissiyaların tərkibində dəyişikliklər edilib.