Xəbər lenti

Çempionlar Liqası:
phrase_var_qaynar. 19:05 28.07.2026

Çempionlar Liqası: "Sabah" "KuPS"a qarşı (YENİLƏNİR)

Bu gün Azərbaycan təmsilçisi "Sabah" Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada "KuPS"un qonağıdır. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

28 iyul
19.00 KuPS (Finlandiya) - Sabah (Azərbaycan) 0:0
KuPS: 1. Yohannes Kreydl, 29. Akseli Puukko, 28. Brahima Maqassa, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 10. Valentin Qask, 22. Sayku Turay, 8. Petteri Pennanen (k), 16. Tommi Jiri, 24. Bob Nii Arma, 11. Ceymi Moreno.
Ehtiyat oyunçular: 12. Hemmo Riihimaki, 37. Kasperi Silen, 3. Saku Heyskanen, 6. Saku Savolaynen, 13. Niilo Kuyasalo, 17. Arttu Heynonen, 19. Kalvin Kabuye, 20. Pyotr Parjişek, 21. Coslin Luyeye-Lutumba, 23. Arttu Lötjönen, 30. Rikardo Arauxo, 33. Taneli Hamaleynen.
Baş məşqçi: Miika Nuutinen.
Sabah: 92. Stas Pakatilov (k), 80. Akim Zedadka, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 27. Timateuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 21. Velko Simiç, 11. Kahim Parris, 20. Coy-Lens Mikels.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 16. Rauf Rüstəmli, 17.ə Tellur Mütəllimov, 23. Yunes Laşab, 33. Erivaldo Almeyda, 34. Xander Severina,  88. Rodriqo Fernandeş, 99. Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (İsrail).
VAR: Daniel Bar Natan (İsrail).
AVAR: Eitan Şumelevitz (İsrail).
Kuopio. Mərkəzi Stadion.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->