"Qarabağ”ın sabiq futbolçusu Emmanuel Addaininin yeni klubu rəsmən müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Belçika yüksək liqa təmsilçisi "OH Leuven" 24 yaşlı qanalı cinah hücumçusunun transferini açıqlayıb.
Klubun yaydığı məlumata görə, Addai ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb. Futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Emmanuel Addai 2024–2026-cı illərdə "Qarabağ”ın formasını geyinib. Bu yay başa çatan müqaviləsi yenilənmədiyi üçün Ağdam təmsilçisindən ayrılmışdı. Yeni mövsümdən etibarən o, karyerasını Belçika çempionatında davam etdirəcək.
Şərhlər