ABŞ-ın Nyu York şəhərində təşkil edilən cənazə mərasiminə 100 min nəfər qatılıb.
Qaynarinfo xəbər verir ki, mərasim 1 apreldə vəfat edən yəhudilərin nüfuzlu din xadimlərindən olan ravvin Yisroel Avrohom Portuqal üçün təşkil edilib.
Cənazə zamanı Nyu York polis şöbəsinin 2 əməkdaşı sıxlıq səbəbilə xəsarət alıb.
Yisroel Avrohom telefon, internet kimi texnologiyalardan imtina etdiyi üçün mərasim iştirakçılarından telefon istifadəsindən sonra tabuta toxunmamaları istənilib.
Çox sayda insan din xadimini göz yaşları ilə son mənzilə yola salıb.