Xəbər lenti

Cənubi Koreyanın daha bir sabiq prezidenti həbs oluna bilər
Dünya11:48 09.04.2018

Cənubi Koreyanın daha bir sabiq prezidenti həbs oluna bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreyanın daha bir prezidenti korrupsiyada ittiham edilir.
Qaynarinfo Fox News-a istinadən xəbər verir ki, 2008-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş Li Myonq Pak kəşfiyyat agentliyi, "Samsung" və digər şirkətlərdən 10 milyon dollar rüşvət almaqda ittiham edilir. Ona qarşı irəli sürülən iddialarda sahibi olduğu şirkətdə 33 milyon dolları mənimsəmə və 281 miyon 270 min dollar vergidən yayınma da var. 
Əgər ittihamlar təsdiqini tapsa, Li Myonq Pak 45 il müddətinə azadlıqdan məhrum ediləcək. 
Qeyd edək ki, ötən günlərdə Cənubi Koreyanın digər sabiq prezidenti Park Çun Haya 24 il həbs cəzası verilib.
Gülşən