Cənubi Osetiyanın rəhbəri Anatoli Bibilov Almaniya kansleri Angela Merkeli ölkəsinə dəvət edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Merkel Gürcüstana səfəri zamanı Odzisi kəndi yaxınlığından durbinlə Rusiya hərbi bazalarını izləyib.
Bu səbəbdən Bibilov, "Biz bağçadan deyil, qapıdan girən qonağı qəbul edirik. Angela Merkeli də bağçadan deyil, qapıdan ölkəmizə dəvət edirik", - ifadəsini işlədib.