Xəbər lenti

Cərimələrin sayı niyə artıb? - Ekspert şərhi
Ölkə11:28 01.09.2016

Cərimələrin sayı niyə artıb? - Ekspert şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqustun 23-24 tarixlərində yol hərəkəti qaydalarının pozulmasına dair statistik məlumat açıqlayıb. Belə ki, respublika ərazisində keçirilən reydlər zamanı son 2 gündə (23-24 avqust-red.) 22 mindən çox yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 150-dən çox sürücü aşkarlanıb. 
Ümumiyyətlə, paytaxt Bakıda da cərimə hallarının çoxaldığının şahidi oluruq. Sürücülərlə söhbət zamanı məlum oldu ki, aylarla cərimələnməyən sürücülər artıq avqust ayinda bir neçə dəfə cəriməniblər. Bəs, bunun səbəbi nədir? Sürücülər deyir ki, cərimərin sayının artmasına səbəb büdcədəki real durumdur. Yəni, cərimə vəsaiti hesabına büdcənin kəsirini örtmək üçün cərimələrin sayı artıb. 
Məsələ ilə bağlı, ekspert Ərşad Hüseynovla əlaqə saxladıq. Ekspert Qaynarinfo.Az-a bildirdi ki, polis son vaxtlar nəzarəti gücləndirib:
“Azərbaycanın yollarında hər gün təxminən 300-500 minə yaxın avtomobil hərəkət edir. Polis əgər total nəzarət etsə, əmin olun ki, cərimələnən avtomobillərin sayı 100 min olar. Çünki sürücülər yol hərəkət qaydalarına və nişanlarına etinasızdırlar. Yol polisinin son zamanlar əlində texnikalar və avadanlıqlar da artıb. Bu səbəbdən, indi yol polisinin yola nəzarəti daha rahatdır. Və təbii ki, belə olan halda yol qayda pozuntularının sayı da artacaq".
Pərvin Zeynal
Qaynarinfo.Az