Xəbər lenti

Ceyhun Bayramov: "Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır"
Ölkə17:20 06.02.2023

Ceyhun Bayramov: "Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə bildirib.
"Bu gün qardaş Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı. Bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır", - nazir qeyd edib.