Xəbər lenti

Ceyranla dolu İlusudan FOTOLAR
Ölkə08:35 29.09.2016

Ceyranla dolu İlusudan FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlisu Dövlət Təbiət Qoruğunun müavini Azərçin Muradov sosial şəbəkədə ceyranların qorunmasına dair çağırış edib.

Qaynarinfo.Az-ın verdiyi məlumata görə, Azərçin Muradov bildirib ki, bir vaxtlar çöllərimiz ceyransız qalmışdı, indi əziyyətlə bu bərpa edilib və bunu qorumaq lazımdır:

“Nə biri vardı, nə beşi. Ceyransız çöllərimiz vardı. Və bir gün bu bom-boş çöllərə ceyranlar qaytarıldı. Ceyranlar öz əzəli məskənlərinə döndülər . Bu elə-belə olmadı, min bir əziyyət, istək və zəhmət bahasına bərpa edildi. İndi artıq çöllərimizdə ceyranlar var. Qoruyun!!! Hamılıqla qoruyun ki, bir daha yox olmasınlar!!!”

 Qeyd edək ki, 2010-cu ildən icrasına başlanılmış "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə həyata keçirilməkdədir. 

Qobustan-Cəngiçay, Acınohur düzü, Ağgöl Milli Parkı, Korçay Dövlət Təbiət Qoruğu və Gürcüstan Respublikasının Azərbaycanla sərhəd ərazilərində ceyranların yerləşdirilməsi tədbirləri həyata keçirilib, onlardan bir neçə erkək fərdin boynuna siqnalötürücü xaltalar bağlanılıb və peyk vasitəsilə izlənilir.

Pərvin Zeynal

Qaynarinfo.Az