Dünya 19:25 05.03.2024

Çin iqtisadiyyatının artımını təhdid edən əsas səbəb

Çin məhsullarına zəif daxili tələbat və artıq istehsal gücü ölkənin ÜDM-in artım templərini saxlamaq üçün əsas risklər yaradır.

Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, bunu Çinin baş naziri Li Qianq deyib. 

Siyasətçinin fikrincə, böhrandan sonra Çin iqtisadiyyatının davamlı olaraq bərpası və yaxşılaşması üçün əsas hələ də kifayət qədər güclü deyil.

Çin hökuməti 2024-cü il üçün ÜDM-in artım hədəfini 5% səviyyəsində müəyyənləşdirib. FT analitikləri qeyd olunan hədəfi çox iddialı adlandırıblar.

Ötən il Pekin 5% artım hədəfləyirdisə, ilin sonunda bu rəqəm 5,2% olub.

Bundan əvvəl Çin Xalq Bankı kredit faizini rekord səviyyəyə endirib. Yerli hakimiyyət orqanları bu yolla dərin böhran içində olan daşınmaz əmlak bazarını dirçəltməyə çalışır.

Aydın