Dünya 10:03 01.02.2024

Çin Qərbin təzyiqlərinə baxmayaraq, Ukrayna məsələsində Rusiyaya dəstək vəd etdi

Çin Qərbin təzyiqlərinə baxmayaraq, Ukrayna məsələsində Rusiyaya dəstək verəcək. 

Qaynarinfo xəbər verir ki, bunu Çinin yeni müdafiə naziri Donq Jun Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ilə videogörüş zamanı deyib.

"Son illərdə ABŞ və Qərb dünyası Rusiyanı təcrid edir. Biz ədaləti qətiyyətlə dəstəkləyirik və ABŞ və Avropanın Çin tərəfinə təzyiqlərini davam etdirməsinə baxmayaraq, Ukrayna məsələsində sizə dəstək veririk", - Donq Jun bildirib. 

Onun sözlərinə görə, Çin Rusiyaya dəstəyini dayandırmayacaq, baxmayaraq ki, bu, Pekinin Aİ ölkələri ilə müdafiə əməkdaşlığına xələl gətirir.

"Buna görə biz müəyyən edilmiş siyasətləri dəyişdirməyəcəyik və ya ondan imtina etməyəcəyik. Onlar Rusiya-Çin normal əməkdaşlığına mane olmamalıdırlar və ola bilməzlər", - o deyib.

Alpər