Xəbər lenti

Çin və Rusiya İranla gizli danışıqlar aparır - ammonium perxloratın tədarükü
Dünya12:33 12.04.2023

Çin və Rusiya İranla gizli danışıqlar aparır - ammonium perxloratın tədarükü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin və Rusiya ballistik raket yanacağının tərkib hissəsi kimi istifadə edilən ammonium perxloratın tədarükü üçün İranla gizli danışıqlar aparır. İranın nümayəndələri bu komponentin Çindən alınması ilə bağlı danışıqlar aparırlar. Belə bir razılaşma BMT-nin sanksiyalarını pozar və Moskvaya azalmış raket ehtiyatını artırmağa kömək edə bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə Politico nəşri yazır. 
Məsələ ilə tanış olan diplomatlar bildiriblər ki, İran hər iki ölkənin rəsmiləri, o cümlədən Rusiyanın dövlətə məxsus FKP "Anozit” ilə paralel danışıqlar aparır. Maddənin əldə edilməsi üçün Pekindəki danışıqlara iranlı diplomat Səccad Əhədzadə rəhbərlik edib. 
İranın almağı planlaşdırdığı ammonium perxloratın dəqiq miqdarı bəlli deyil, lakin diplomatlar bunun minlərlə raketin, o cümlədən "Zülfüqar” raketinin yaradılmasına kifayət edəcəyinə inanırlar. 
Politico-nun həmsöhbəti Çinin Rusiya üçün raketlər hazırlamasına İrana həmin komponentlərin tədarükünü daha mürəkkəb bir sxemlə həyata keçirə biləcəyini ehtimal edirlər. Mənbə hesab edir ki, bununla Çin Rusiyaya gizli şəkildə hərbi yardım edə biləcək. 
Bu komponentin köməyi ilə yaradılan raketləri İran İsraili vurmaq da daxil olmaqla, bütün Yaxın Şərqdə istifadə edə biləcək. O, həmçinin onları Ukraynaya zərbələr endirmək üçün Rusiyaya tədarük edə biləcək.
BMT-nin 2015-ci ildə qəbul etdiyi 2231 saylı qətnaməsinə əsasən, ölkələrə BMT Təhlükəsizlik Şurasının təsdiqi olmadan İrana ammonium perxlorat tədarük etmək qadağan edilib.
Nizami Bağırov