Xəbər lenti

CNN: Tanklar Ukrayna ərazisinə Belarusdan daxil oldu (VİDEO)
Dünya07:12 24.02.2022

CNN: Tanklar Ukrayna ərazisinə Belarusdan daxil oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanklar Belarusdan Ukrayna ərazisinə daxil olmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN Rusiyanın Donbasda hərbi əməliyyata başlaması ilə bağlı yaydığı məlumatda bildirib.
Zirehli texnikanın Rusiya və ya Belarusiyaya mənsub olduğu açıqlanmır, lakin Ukraynanın Dövlət Sərhəd Xidməti bildirib ki, səhər saat 5:00-da Rusiya "Belarusun dəstəyi ilə” Ukraynaya hücum edib.
Səhər Minskdə müharibə əleyhinə piket keçirilib. Şəkildə "Biz müharibənin əleyhinəyik!” plakatı olan bir kişi əks olunub.
Ukrayna şəhərlərinin kənarında partlayış səsləri eşidilir.
Kiyev bildirib ki, Ukrayna hərbçiləri 5 təyyarə və bir Rusiya helikopterini vurub. Bununla belə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi belə bir açıqlama verib: "Xarici KİV-in Ukrayna ərazisi üzərində vurulduğu iddia edilən Rusiya təyyarəsi ilə bağlı məlumat həqiqətə uyğun deyil”.
Rusiya departamentinin məlumatına görə, Ukrayna sərhədçiləri rus bölmələrinə heç bir müqavimət göstərmir və Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemləri sıxışdırılıb.
"Ukrayna silahlı qüvvələrinin hava bazalarının hərbi infrastrukturu sıradan çıxıb", - Moskva iddia edir.
Bu arada, mətbuatın yazdığına görə, Ukrayna Luqansk vilayətinin onun nəzarətində olan hissəsində ümumi təxliyyə həyata keçirir.
Xatırladaq ki, Amerika prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Donbasda elan etdiyi xüsusi hərbi əməliyyata görə baş verənləri "Rusiya silahlı qüvvələrinin Ukraynaya qarşı əsassız hücumu” adlandırıb. 
Alpər
<script async="" src="https://telegram.org/js/telegram-widget.js?15" data-telegram-post="first_political/13123" data-width="100%"> //