ABŞ prezidenti Co Bayden son açıqlamasında İrana qarşı diplomatik və iqtisadi təzyiqlərin artmağa davam etdiyini bildirib.
Qaynarinfo bu barədə Azdliq Radiosunun fars bölməsinə istinadən xəbər verir.
Bayden iyulun 9-u Səudiyyə Ərəbistanına səfərdən öncə administrasiyasının "Tehranın ambisiyalarını cilovlamaq üçün” ABŞ-ın Avropa və dünyadaki müttəfiqləri və tərəfdaşları ilə birləşdiyini bəyan edib.
"İndi İran təcrid olunub və nüvə sazişinə qayıdana qədər təcrid olunmuş vəziyyətdə qalacaq. İran 2015-ci il nüvə razılaşmasına əməl etməyə hazır olana qədər diplomatik və iqtisadi təzyiqləri artırmağa davam edəcəyik”, deyə Bayden bildirib.
Aydın