Xəbər lenti

Co Baydenin səfəri qalmaqal yaratdı
Dünya12:34 25.11.2014

Co Baydenin səfəri qalmaqal yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Co Baydenin 2 günlük otel hesabı kriz çıxartdı!

Qaynar.info xəbər verir ki, Amerika Birləşmiş Ştatları vitse-prezidenti Co Bayden və onu müşahidə edən heyyətin İstanbulda qaldıqları 2 gün ərzində 624 734 dollarlıq bir hesab ödəməsi, yerli ictimaiyyət arasında səs-küyə səbəb olub.

Co Baydenin otel hesabını mühafizəkar "Weekly Standart" jurnalı  açıqlayıb. Jurnal yazır ki, vitse-prezident səfər zamanı qaldığı Hilton Otelində 200 otağı və konfrans zalını tutub. Yaranmış qalmaqalı duruma Amerika Xarici İşlər Nazirliyi münasibət bildirib. Nazirlik internet saytında yazdığı məlumatda xərclərinin "məqbul" olduğunu bildirib.

Nazirliyin məlumatında daha sonra qeyd olunur ki, vitse-prezidentin səfəri zamanı əlaqə və mühafizə baxımından ən uyğun otellər siyahısında tək yer Hilton olub və qərar da buna uyğun verilib.

İnci Yusifova

Qaynar.info