
Ötən gün ABŞ senatoru Con Makkeyn Maydana gəlib
UDAR partiyasının lideri ilə görüşdə Makkeyn bildirib ki, indi Ukraynaya xaricdən bütün lazımı dəstəklər gəlməlidir
ABŞ senatoru Con Makkeyn Kiyev şəhərinə səfəri zamanı müxalifət nümayəndələrilə görüşüb. ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Con Makkeyn Ukraynanın daxili işlər naziri Leonid Kojara ilə görüşdən sonra jurnalistlərə deyib ki, indi nümayişçilərlə görüşmək üçün Maydana gedəcək.
Müxalifətçilərlə görüşü zamanı o, həmçinin barrikadalara baxmaq üçün Mixaylovsk meydanına da gəlib. UDAR partiyasının lideri ilə görüşdə Makkeyn bildirib ki, indi Ukraynaya xaricdən bütün lazımı dəstəklər gəlməlidir. Kliçko isə deyib ki, ABŞ rəhbərliyi də Maydandakı nümayişçilərə qarşı zorakılıq edən vəzifəli şəxslərə sanskiya tətbiq etməlidir.
Xatırladaq ki, Con Makkeyn Kiyevdə Patriarx Filaretlə də görüşüb.
Qaynar.info