Xəbər lenti

COVID-19 qəfildən yox ola bilərmi? - Epidemioloq
06:43 13.10.2020

COVID-19 qəfildən yox ola bilərmi? - Epidemioloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Epidemiologiya və Dəlillərə əsaslanan Tibb Bölməsinin müdiri Nikolai Briko koronavirusla bağlı vəziyyət haqda fikirlərini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, koronavirusun qəfildən yoxa çıxmasının mümkün olmadığını bildirib. Həkim koronavirusun birdən yox olmayacağını, kəskin respirator virus infeksiyaları yaradan viruslardan birinə çevriləcəyini söyləyib. Mütəxəssis 2009-2010-cu illərdə pandemiyaya səbəb olan qrip virusunu xatırladıb.

Briko RQ-yə verdiyi müsahibədə payızda koronavirüs artımının insanların tətildən qayıtması və iş yerlərində, nəqliyyatda olan sıxlıqla izah edib.

Mütəxəssis infeksiya zamanı insan orqanizminə daxil olan patogenin və onun miqdarının virulentliyinin böyük əhəmiyyətə malik olduğunu da qeyd edib.

Alpər

Oxşar xəbərlər