Xəbər lenti

COVİD-19-u dünyaya yayan Çin vaksindən milyardlar qazanacaq
Dünya14:21 30.12.2020

COVİD-19-u dünyaya yayan Çin vaksindən milyardlar qazanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sinovac” vaksininin satışından Çin milyardlarla dollar gəlir əldə edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, COVİD-19-u dünyaya yayan Çin bu dəfə də prosesdən qazanclı çıxacaq:
"COVİD-19 Çindən yayıldı. Çin məlumatları  zamanında gizlətdi və bu, dünyaya baha başa gəldi. Hesab edirəm ki, Çin vaxtında bu məsələni beynəlxalq aləmlə bölüşsəydi, dünyanı lərzəyə salan virusun qarşısını almaq mümkün olardı. Amma nə baş verdi? Həkimlər həyacan təbili çalanda onları həbs etdilər, müəyyən təzyiqlər həyata keçirdilər. Nəticədə proses nəzarətdən çıxdı və virus dünyaya yayıldı. İndi vəziyyət elə də qənaətbəxş deyil, dünya bundan əziyyət çəkir. Yay aylarından başlayaraq, Çin peyvənd üzərində çalışmalara başladı".
Elxan Şahinoğlu bildirib ki, hazırda bir neçə ölkə peyvənd hazırlayıb:
"Bu sırada həmçinin Rusiya, Amerika, Almaniyanın adını çəkmək olar. Bəzi ölkələr isə peyvənd satışında Çinə üstünlük verdi. Bu o deməkdir ki, virusu dünyaya yayan Çin həm də eyni zamanda vaksin satışından qazanclı çıxacaq".
Bahar Rüstəmli