Xəbər lenti

Çoxuşaqlılıqdan “cırtdan ailə” modelinə keçid təhlükəsi - Ekspert
Ekonomiks 12:22 06.05.2022

Çoxuşaqlılıqdan “cırtdan ailə” modelinə keçid təhlükəsi - Ekspert

Milli Məclisin deputatı Əli Məsimli "Əmək pensiyaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı çoxuşaqlı ailələr kateqoriyasına 3 və daha çox uşağı olan ailələrin aid edilməsini təklif edib. O, bu təklifini Azərbaycanda demoqrafik vəziyyətin kəskin dəyişməsilə əlaqələndirib.
 
"Hazırda ölkəmizdə hər ailədə 1-2 uşaq olur”-deyə deputat bildirib.
 
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda 5 və daha artıq uşağı olan ailələr çoxuşaqlı ailələr kateqoriyasına şamil edilir. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, 3 və daha çox uşağı olanların çoxuşaqlı ailələrə aid edilməsi məqsədəuyğun olmaqla yanaşı, həm də labüddür:
 
"Nəzərə alaq ki, SSRİ dönəmində 3 uşaqlı ailələrə diqqətli bir yanaşma var. Demoqrafik nöqteyi-nəzərdən də bu məsələyə yeniliyə ehtiyac vardır. Pozulan nikahların statistikasını, müharibə göstəricilərini, müasir dövrün müəyyən əngəl və çətinliklərini nəzərə alsaq görərik ki, mütləq əksəriyyət ailələr uşaq sahibi olmaqda məhdudiyyətlərə gedirlər. 3 və daha çox uşağı olanların çoxuşaqlı ailə kimi qəbul edilməsilə artıq status da dəyişir. Statusun dəyişməsilə ən azından onlara münasibətdə köməklik dəhlizi açılmış ola bilər. Bu nöqteyi-nəzərdən və statistik baxımdan 3 və daha çox uşağı olnların çoxuşaqlı ailələr kateqoriyasına şamil edilməsinin real olduğunu düşünürəm. Onun əsası da var. Sovetlər dönəmində rəsmən 5 uşaqdan başlanılsa da, artıq 3 uşağı olanlara da proses şamil edilirdi. Bu mənada statistik məlumat nöqteyi-nəzərdən həmin addımın atılması labüd və məqəsdəuyğundur”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->