Polşanın paytaxtı Varşava şəhərində keçirilən cüdo üzrə "Açıq Avropa” turniri Azərbaycan idmançıları üçün uğurlu olub.
Qaynarinfo xəbər verir ki, 34 ölkədən 493 idmançının iştirak etdiyi yarışda Azərbaycan Milli yığma komandası 6 çəki dərəcəsində ümumilikdə 13 idmançı ilə təmsil olunaraq turniri 5 medalla başa vurub.
Nəticələrə görə, komandamız sıralamada ümumi hesabda üçüncü, kişilər arasında isə birinci yerdə tamamlayıb.
Turnirin birinci günü -60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Əhməd Yusifov qızıl, Rövşən Əliyev isə bürünc medal qazanıb.
-66 kq çəki dərəcəsində İbrahim Əliyev qızıl, İsmayıl İbrahimov isə yarışı gümüş medalla başa vurub.
Yarışın ikinci günü +100 kq çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz İmran Yusifov fransalı rəqibi Adrien Qeoffroya qalib gələrək bürünc medala layiq görülüb.
Səbuhi Həsənov