Xəbər lenti

Cüdoçumuz dünya çempionu oldu
İdman07:10 01.09.2013

Cüdoçumuz dünya çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyanın Rio de Janeyro şəhərində cüdo üzrə dünya çempionatı davam edir.

Qaynar.info-nun Apasport.az saytına istinadən verdiyi məlumata görə, yarışların altıncı günü Azərbaycan yığması daha bir medala sahib olub.

Belə ki, milli komandamızın heyətində Orxan Səfərovun (60 kq) “bürünc” qazanmasından sonra Elxan Məmmədov da fəxri kürsüyə yüksəlməyi bacarıb.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla Dominik Dyuqassen (Seyşel), Or Sasson (İsrail), David Alarza (İspaniya) və Takaşi Onoya (Yaponiya) qalib gələrək, finala yüksəlib.

Qızıl medal uğrunda görüşdə isə həmyerlimiz hollandiyalı Henk Qrola qalib gələrək, dünya çempionu olub.

Qaynar.info