Xəbər lenti

“Cumhuriyyət” qəzetinin baş redaktoru saxlanıldı
Dünya06:06 31.10.2016

“Cumhuriyyət” qəzetinin baş redaktoru saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə PKK və FETÖ qruplaşmasına qarşı aparılan əməliyyat çərçivəsində “Cumhuriyyət” qəzetinin baş redaktoru saxlanılıb. 

İstanbul Baş prokurorluğunun göstərişi ilə həyata keçirilən əməliyyatda qəzetin baş redaktoru Murat Sabuncu, eyni zamanda Cumhuriyyət Fondunun İdarə Heyətinin üzvü olan yazıçı Güray Öz saxlanılıb. İcra Heyətinin sədri Akın Altayın isə xaricdə olduğu, barəsində saxlanma qərarı verildiyi bildirilir. 

İstanbul Baş prokurorluğu mətbuat cinayətləri bürosu tərəfindən aparılan istintaqda rəhbərlərin PKK və FETÖ terror təşkilatlarında üzv olmadan təşkilat adına cinayət törətdikləri iddia edilir. (Aznews.az)

Qaynarinfo.Az