Xəbər lenti

"DÇ-2018": Futbol tarixində ilk dəfə
İdman18:43 01.07.2018

"DÇ-2018": Futbol tarixində ilk dəfə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya çempionatının bu gün keçirilən 1/8 final mərhələsinin Rusiya - İspaniya oyunu futbol tarixinə düşüb.
Qaynarinfo xəbər verir ki, bu qarşılaşmada ilk dəfə komandalar 4 əvəzetmədən istifadə edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığından əlavə vaxt tətbiq olunub. FIFA-nın ilk dəfə bu mundialda istifadə edilən yeni qaydalarına görə, matçlar əlavə vaxta gedərsə, komandalara 4-cü dəyişiklik etməyə icazə verilir. Rusiya millisində 97-ci dəqiqədə Daler Kuzyayevin yerinə Aleksandr Eroxin, İspaniya yığmasında isə 104-cü dəqiqədə Marko Asensionun yerinə Rodriqo meydana çıxıb.