Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün G qrupunda mübarizəyə start verilib.
Qrupun ikinci oyununda futbolun vətəni hesab olanan ilk və son dünya çempionluğunu 1966-ı ildə Tofiq Bəhramovun verdiyi qərar sayəsində qazanan İngiltərə Tunislə qarşılaşıb. Hesabı 11-ci dəqiqədə Harri Keyn açıb. Tunis 35-ci dəqiqədə Ferjani Sassinin penalti qolu ilə bərbərliyi bərpa edib. İngiltərənin qol axtarışları 90+1-ci dəqiqədə nəticə verib. Yenə Harri Keyn fərqlənib - 2:1.
Qeyd edək ki, qrupun ilk oyununda Belçika ilk dəfə dünya çempionatına vəsiqə qazanan Panamanı darmadağın edib - 3:0.
DÇ-2018
F qrupu
I tur
18 iyun
Tunis - İngiltərə 1:2
Qollar: Ferjani Sassi, 35-pen - Harri Keyn, 11; 90+1.