DÇ-2022-nin Afrika üzrə pley-off mərhələsi çərçivəsində baş tutan Nigeriya - Qana matçında dünyasını dəyişən zambiyalı hakim-inspektor Jozef Kabunqonun ölüm səbəbləri müəyyənləşib.
Qaynarinfonun məlumatına görə bu haqda Nigeriya Futbol Federasiyasından (NFF) açıqlama verilib. Açıqlamada zambiyalı rəsminin Qana millisinin soyunub-geyinmə otağına gedərkən ürək tutması keçirdiyi və xəstəxanaya çatdırıldığı, buna baxmayaraq orada öldüyü bildirilib.
NFF-dən həmçinin matça təyin edilən FIFA-nın təhlıükəsizlik üzrə nümayəndəsi, uqandalı Dikson Adol Okellonun hadisənin necə baş verdiyinin şahidi olduğu bildirilib.
Afrika Futbol Konfederasiyası zambiyalı Jozef Kabunqonu görüşə dopinqə nəzarət üçün təyin etmişdi.
Oyundan sonra DÇ-2022-dən kənarda qalan Nigeriya billisinin azarkeşləri meydana axışmış və insident törətmişdilər. Sözügedən hakimin də məhz azarkeşlər tərəfindən döyülərək öldürüldüyü iddia olunurdu.
Səbuhi Həsənov