Xəbər lenti

Dağ yəhudilərinin sədrinə “Şöhrət” ordeni verildi
Ölkə14:17 07.06.2013

Dağ yəhudilərinin sədrinə “Şöhrət” ordeni verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Boris Simanduyevə “Şöhrət” ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Komitədən verilən məlumata görə, təqdimat mərasimində çıxış edən DQİDK sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə yaşadığı məkandır. Tarixin bütün dövrlərində Azərbaycanda dinlərarası heç bir problem yaşanmayıb.

Dövlət Komitəsinin sədri Azərbaycanda yəhudi və müsəlmanların uzun illərdir birgə yaşadığını hətta Oğuz rayonunda yəhudilər getdikdən sonra belə iki sinoqoqun müsəlmanlar tərəfindən qorunub saxlanması faktorunu önə çəkərək bu hadisəni tolerantlığın ötəsində olan bir addım kimi qiymətləndirilib.

Çıxış edən Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev ölkə Prezidenti İlham Əliyevin bu Sərəncamını yüksək qiymətləndirmiş və ölkə Prezidentinə təşəkkür edib. Bildirib ki, bu mükafat təkcə ona deyil, bütün Qırmızı qəsəbə Dağ yəhudilərinə verilən qiymətdir. Boris Simanduyev bu gün Dağ yəhudiləri üçün yaradılan yüksək şəraitə görə ölkə prezidentinə öz təşəkkürünü bildirib, bundan sonra da Vətənimizin inkişafı, xalqlar və dinlərarası tolerantlığın gücləndirilməsi üçün əlindən gələn bütün səylərini ortaya qoyacaq. Dini konfessiya rəhbərləri çıxış edərək Boris Simanduyevi təbrik etmiş ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, “Şöhrət” ordenini Boris Simanduyevə DQİDK sədri Elşad İskəndərov təqdim edib.

Qaynar.info